“Don Vito” ləqəbli narkobaron saxlanıldı | VİDEO

   “Don Vito” ləqəbli narkobaron saxlanıldı    | VİDEO
  11 Oktyabr 2025    Oxunub:972
Türkiyənin təhlükəsizlik qüvvələri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Don Vito” ləqəbli narkobaronu və onun şərikini saxlayıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxiuli İşlər naziri Əli Yerlikaya “X” social şəbəkəsində bununla bağlı paylaşım edib.

“Türkiyə Daxili İşlər Nazirliyi və BƏƏ-nin müvafiq strukturlarının birgə keçirdiyi əməliyyat nəticəsində “Don Vito” ləqəbli narkobaron Abdullah Alp Üstün və cinayət təşkilatının maliyyə əməliyyatlarına cavabdeh olan Həsən Lalə həbs edilib. Onlar oktyabrın 11-i səhər saatlarında Türkiyəyə ekstradisiya ediliblər”, - xəbərdə deyilir.

Təhqiqat araşıdrması zamanı Abdullah Alp Üstünün “CHROOKE” mütəşəkkil cinayətkar qrupuna, Həsən Lalənin isə təşkilatın maliyyə işlərinə rəhbərlik etdikləri müəyyənləşdirilib.
Hər iki təqsirləndirilən şəxs İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   BƏƏ   narkobaron  



Xəbər lenti